Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:10

Novruz Məmmədov Türkmənistanda


I Xəzər İqtisadi Forumu

Avqustun 12-də Türkmənistanın Türkmənbaşı şəhərində I Xəzər İqtisadi Forumu keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, Forumda Azərbaycandan Baş nazir Novruz Məmmədov iştirak edib. Toplantıya habelə, Rusiyanın Baş naziri Dmitri Medvedev, İranın birinci vitse-prezidenti Eshaq Cahangiri, Qazaxıstanın Baş naziri Askar Mamin, qonaq qismində isə Bolqarıstanın Baş naziri Boyko Borisov və Özbəkistanın Baş naziri Abdulla Aripovun başçılıq etdikləri nümayəndə heyətləri qatılıblar.

Forumu açıq elan edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxışında bildirib ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarından səmərəli istifadə regionun iqtisadiyyatının böyüməsi üçün güclü impuls ola bilər.

Forumda çıxış edən N.Məmmədov qeyd edib ki, Azərbaycan I Xəzər İqtisadi Forumunun keçirilməsi təşəbbüsünü alqışlayır. Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan Baş nazir daha sonra da əlavə edib: «2019-cu ilin birinci yarısında Xəzəryanı dövlətlərlə Azərbaycanın ticarət dövriyyəsi əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə 28 faizdən çox artıb. Eyni dövrdə ölkəmizin xarici ticarət dövriyyəsində Xəzəryanı dövlətlərin payı 11 faizdən çox olub».

II Xəzər İqtisadi Forumunun Rusiyanın Həştərxan şəhərində keçirilməsi nəzərdə tutulur.

I Xəzər İqtisadi Forumunda region iqtisadiyyatının qlobal kontekstdə rolu, neft, qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və qarşılıqlı maraq kəsb edən digər sahələrdə investisiya cəlbediciliyi müzakirə olunub. Həmçinin, Forum çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları Sərgisi təşkil edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG