Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Honq Konq aeroportundan uçuşlar dayandırılıb


Honq Konq, 12 avqust, 2019-cu il

Honq Konq beynəlxalq aeroportundan bütün uçuşlar dayandırılıb, səbəb aeroportun əsas terminalında dördüncü gündür davam edən antihökumət etirazlarıdır.

Aeroport avqustun 12-də yaydığı bəyanatda bildirib ki, əraziyə minlərlə etirazçı yığışdığından əməliyyatlara “ciddi ziyan dəyib”.

Bu, dünyanın ən sıx aeroportlarından biri sayılır.

Honq Konqda etirazlar artıq 10-cu həftəyə keçib.

Polis avqustun 12-də bildirib ki, “irimiqyaslı ictimai iğtişaş” halından istifadə etməyə su şırnağı maşınları yerləşdirib.

Hökumət rəsmisi etirazçılarla polisin 11 avqust toqquşmalarında 45 nəfərin xəsarət aldığını bildirib.

Honq Konq sakinləri şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinə etiraz edirlər. Layihə indilik ertələnsə də, etirazçılar birbaşa seçki, mövcud qanunverici orqanın buraxılmasını, Çin ərazisində iddia olunan polis qəddarlığının araşdırılmasını tələb etməyə başlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG