Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:56

Fələstinlilər İsrail polisi ilə toqquşub


Al-Aqsa məscidinin qarşısı, 11 avqust, 2019-cu il

İslamın müqəddəs Qurban bayramı günündə müsəlman dindarlarla İsrail polisi Qüdsdəki (Yerusəlim) Al-Aqsa məscidinin qarşısında toqquşub.

Avqustun 11-də baş vermiş toqquşmalarda azı 14 fələstinli yaralanıb. Bunu Fələstin tərəfin həkimləri deyir. İsrail polisi azı dörd əməkdaşının xəsarət aldığını bildirir.

Bu məscid həm islam, həm də iudaizmdə müqəddəs sayılır.

Bir neçə gün öncə Qüdsün cənubunda bir İsrail əsgəri öldürülüb.

Avqustun 10-da isə İsrail əsgərləri Qəzzə zolağı sərhədində dörd fələstinli silahlını qətlə yetirib, ordu bildirib.

Al-Aqsa məscidi Şərqi Qüdsdə yerləşir. İsrail buranı 1967-ci ildə tutub. Fələstinlilər isə bu əraziləri gələcək dövlətlərinin tərkib hissəsi sayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG