Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:49

Pakistanda leysanda 150-dən çox adam ölüb


Pakistan, 30 iyul, 2019-cu il

Pakistanda iyulda başlanan leysan yağışlarda azı 151 nəfər həlak olub. Xəbəri Xinhua agentliyi rəsmilərə istinadla yayıb.

Azı 24 nəfər Pakistanın Karaçi şəhərində həlak olub.

20 milyon nəfərin yaşadığı bu şəhərdə bəzi yerlərdə 192 millimetrədək yağış düşüb, ölüm hallarına daha çox elektrik vurması, evlərin damlarının uçulması səbəb olub.

Yağıntının avqustun 12-də azalacağı gözlənir.

Dpa agentliyi ordunun sözçüsünə istinadla bildirib ki, hərbçilər və mülki işçilər küçələrdən suyu çəkməklə məşğuldur.

Ətraf mühit fəalı Qamar Zaman Chaudhry dpa-ya deyib ki, qlobal istiləşmə leysan yağışları daha da gücləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG