Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 08:25

Trump Macron-u İrana görə tənqid elədi


Donald Trump (sağda) və Emmanuel Macron
Donald Trump (sağda) və Emmanuel Macron

ABŞ Prezidenti Donald Trump fransalı həmkarı Emmanuel Macron-u Vaşinqtonla mümkün danışıqlarla bağlı İrana “qarışıq siqnallar” göndərməkdə suçlayıb.

“İran ciddi maliyyə problemi içindədir. Onlar Birləşmiş Ştatlarla danışmağı çox istəyirlər, ancaq Fransa Prezidenti Macron daxil özlərini bizim təmsilçi kimi göstərənlərdən qarışıq siqnallar alırlar”, – Trump avqustun 8-də tvitində yazıb.

“Bilirəm ki, Emmanuel-in, digərlərinin niyyəti yaxşıdır, ancaq Birləşmiş Ştatların adından yalnız Birləşmiş Ştatlar danışır”, – Trump yazıb.

Trump 2018-ci ilin mayında İranın 2015-ci ildə altı ölkəylə imzaladığı nüvə sazişindən çıxıb, Tehrana sanksiyaları bərpa edib. O, sazişin şərtlərinin İranın nüvə silahı hazırlamasını önləməkdən ötrü yetərincə sərt olmadığını deyib.

Hassan Rouhani (sağda) və Emmanuel Macron
Hassan Rouhani (sağda) və Emmanuel Macron

Trump İran liderləri ilə danışmaq istədiyini desə də, Tehran öncə sanksiyaların qaldırılmasını tələb edir.

Fransa, Britaniya, Almaniya, Rusiya və Çin sazişdən çıxmayıb, Vaşinqtonu da sənəddə qalmağa çağırıb.

Macron Rohani-ni dəvət edibmi

Trump-ın tvitlərində nəyi nəzərdə tutduğu aydın olmayıb, Ağ ev də şərh verməyib.

Bu həftənin əvvəlində Al-Monitor xəbər yayıb ki, Fransa lideri İran Prezidenti Hassan Rohani-ni ayın sonunda Fransada keçiriləcək G7 sammitinə dəvət edib.

Fransanın diplomatı isə məlumatı təkzib edərək “Reuters”ə deyib ki, “əsas məsələ İranın nüvə öhdəliklərinə əməl etməsidir”.

Nüvə məsələləri ilə yanaşı, Qərblə Tehran arasında gərginliyi Fars Körfəzində bir sıra insidentlər də gücləndirib.

Oman sahillərində Qərbin neft tankerlərinə hücumlardan sonra regionda silahlı münaqişə sarıdan narahatlıq artıb. Həmin hücumlarda xəsarət alan olmayıb, ancaq gəmilərə ziyan dəyib. Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı isə hücumlara görə İran və onun proksilərini suçlayıb. Tehran isə hücumlarda əli olmadığını deyib.

Britaniya qüvvələri Cəbbərültariqdə İranın neft tankerini saxlayandan sonra İran da körfəzdə Britaniya tankerini saxlayıb.

Britaniya avqustun 5-də bildirib ki, körfəzdən keçən ticarət gəmilərinin qorunması üçün “beynəlxalq dəniz təhlükəsizliyi missiyası”nda Birləşmiş Ştatlara qoşulur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG