Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:37

İmmiqrantlara qarşı reydlər quşçuluğa necə təsir göstərəcək – Qərb mediası


ABŞ-Meksika sərhədini keçməyə çalışan miqrantlar
ABŞ-Meksika sərhədini keçməyə çalışan miqrantlar

Son on ildə immiqrantlara qarşı ən böyük reyd hələ bir neçə il Missisipinin quşçuluq fabrikləri yerləşən altı kiçik şəhərinə təsirini göstərəcək. Bu haqda “The Associated Press” agentliyi yazır.

Quşçuluq fabriklərininin latın-amerikalı işçilərinə xidmət göstərən univermaq sahibi deyib ki, bağlana bilər. Bir məktəbin direktoru ispandilli icmayla inamı bərpa etməyə çalışdığını söyləyib. Yerli bank rəhbərinin fikrincə isə, reydin təsirləri şəhərdə biznesin hər bir sahəsində təsirini göstərəcək.

Missisipidə 100-dən artıq insan haqları fəalı, ruhani reydi pisləyib. Ancaq ştatın respublikaçı qubernatoru Phil Bryant federal immiqrasiya rəsmilərinin apardığı həbsləri alqışlayıb, tvitində yazıb ki, ölkədə qanunsuz yaşayan hər kəs “federal qanunun pozulmasına görə məsuliyyət daşıyır”.

Texasda miqrant mərkəzi
Texasda miqrant mərkəzi

Çərşənbə günü keçirilmiş əməliyyatda rəsmilər 680 nəfərin saxlandığını bildirib. Artıq ertəsi gün sübh açılanadək ABŞ İmmiqrasiya və Gömrük İdarəsi 300-dən çox adamı evinə göndərib. Gələn aylar ərzində həmin adamlar məhkəmələrini gözləyəcək, bu müddət ərzində işləyə bilməyəcəklər. Bu arada yerli kilsələr yardım üçün ərzaq və pul yığır.

Morton şəhərində Hondumex univermağı və restoranının sahibi Juan Garcia və həyat yoldaşı deyirlər ki, reyddən sonra satış dəhşətli şəkildə düşüb. Onlar Mortonda latın-amerikalılara xidmət göstərirlər. Garcia deyib ki, hətta buraxılanlar belə məhkəmə qarşısına çıxanadək çətinliklə üzləşəcəklər.

“Bütün işçilər, saxlananlar pul xərcləyə bilməyəcəklər. Onlar zavodda işləyə bilməyəcəklər”, – Garcia vurğulayıb.

Onun sözlərinə görə, reyd keçirilmiş iki fabrikin – Koch FoodsPH Foods-un işçilərinin çoxu ev alıb. İndi görəsən, onlar ipotekanı ödəyə biləcəklərmi. Garcia həyat yoldaşı ilə birlikdə yaxınlıqdakı Filadelfiyada da restoran sahibi olduğunu, Morton mağazasını çox güman bağlayacağını söyləyib.

Donald Trump
Donald Trump

ABŞ prezidentinin səlahiyyəti genişləndirilsinmi

Amerikalıların çoxu bu fikirdədir ki, ölkə prezidentinə daha artıq səlahiyyət vermək “çox riskli”dir. Ancaq ötən ildən bu fikirdə olanların sayı azalıb, dəyişiklik daha çox respublikaçılar arasında baş verir.

Pew Tədqiqat Mərkəzi yeni sorğusunun nəticələrini açıqlayıb.

Hazırda ictimaiyyətin 66%-i deyir ki, “ölkə problemləri ilə birbaşa məşğul olmaqdan ötrü ABŞ prezidentlərinə daha artıq səlahiyyət vermək riskli olardı”. Hər 10 nəfərdən üçü (29%) əks fikir irəli sürür, deyir ki, “ABŞ prezidentləri Konqres, yaxud məhkəmələr sarıdan bu qədər narahat olmasaydlar, problemlər daha səmərələri şəkildə yoluna qoyulardı”.

2018-ci ilin martında 76% respondent demişdi ki, prezidentlərə daha artıq səlahiyyət vermək çox risklidir.

İyulun 10-dan 15-dək 1500 yetkin yaşlı arasında keçirilmiş sorğu respublikaçıların məsələ üzrə mövqeyinin ötən ildən ciddi dəyişdiyini üzə çıxarıb. İndi respublikaçıların və onlara meylli müstəqillərin təxminən yarısı (51%) hesab edir ki, prezidentlərin səlahiyyətini artırmaq çox risklidir. Ötən il 70% bu fikirdə idi.

Ukraynada Yerli Xalqlar günü ilə bağlı tədbir
Ukraynada Yerli Xalqlar günü ilə bağlı tədbir

Hər 10 yerli dildən 4-ü yoxa çıxa bilər

Bu gün dünyada 7 min dildə danışılır və hər 10 dildən 4-ü yoxa çıxmaq təhlükəsiylə üz-üzədir. Bunu insan haqları ekspertləri bu həftə bildiriblər. Onlar növbəti 10 il ərzində köhnə dialektlərin “tarixi məhvi”ni dayandırmağa çağırıblar.

Avqustun 9-da Beynəlxalq Yerli Xalqlar Günü qeyd olunur. BMT ekspertləri bu gün münasibətilə müraciətdə vurğulayırlar ki, “dövlət quruculuğu” dillərin doğma daşıyıcılarına qarşı “davam edən ayrıseçkiliyə” görə məsuliyyət daşıyır.

“Zaman keçdikcə belə siyasət bir mədəniyyətə, hətta xalqa zərbə vurur, onu məhv edir”, – ekspertlər xəbərdarlıq ediblər. Onların fikrincə, yerli dillər xalqın şərəfi, mədəniyyəti və siyasi təmsilçiliyi üçün vacib ifadə azadlığı və şüuru formalaşdırır.

Ekspertlər Yerli Dillər Onilliyini dəstəkləyən dövlətləri alqışlayıblar.

“On il ərzində yerli dillərin tarixi məhvini önləməyə gərəkən zaman və resurslar təmin olunar, bu dillər yerli xalqların və dünya ictimaiyyətinin gələcəyi naminə bərpa edilər”, – bəyanatda deyilir.

XS
SM
MD
LG