Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Oktyabr, şənbə, Bakı vaxtı 14:17

Qabil Hüseynli: '...Axtarışlar yenə dayandı'


MİQ-29

İyulun 24-də radardan itən Azərbaycan Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin və itkin düşən pilotun axtarışları, hələlik, nəticə verməyib.

«Turan» Agentliyinin xəbərinə görə, təyyarənin pilotu Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli deyib ki, axtarışların, hələlik, nəticə verməməsinin başlıca səbəbi əlverişsiz hava şəraitidir: «Havanın pis keçməsinə görə axtarışlar iki gün dayanmışdı. Dünən, avqustun 7-də bərpa olan kimi, hava yenə imkan vermədi və bu gün, avqustun 8-də axtarışlar yenə dayandı. Dəniz çox dalğalıdır, həm də yağış yağır».

Q.Hüseynlinin sözlərinə görə, təyyarənin axtarışına çox sayda texnika və mütəxəssislər cəlb olunub: «Türkiyəli mütəxəssislər dənizin dibində fotoçəkiliş aparırdı ki, təyyarənin izinə rast gəlinsin...».

Q.Hüseynli əlavə edib ki, təyyarənin və onun pilotunun axtarışlarının uğurlu nəticə verəcəyinə ümid bəsləyir.

Xatırlatma

İyulun 24-də axşam uçuşlarını həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 hərbi təyyarəsi qəfil radardan itib.

Müdafiə Nazirliyi iyulun 25-də yaydığı açıqlamada təyyarənin Xəzər dənizinə düşdüyünü ehtimal edirdi. Axtarış məqsədilə komissiya yaradılıb. Hadisə ilə bağlı Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb.

Müdafiə Nazirliyi bildirib ki, axtarışlara xarici mütəxəssislər də cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG