Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:55

İsrail ordusu Qərb sahildə bir əsgərin meyitinin tapıldığını bildirir


Əsgər meyitinin aşkarlandığı yer

Avqustun 8-də səhər İordan çayının qərb sahilində bıçaq yaraları almış bir əsgərin meyiti tapılıb. Baş nazir Benjamin Netanyahu onun fələstinli tərəfindən öldürüldüyünü bildirir.

Ordunun bəyanatına görə, meyit “səhərin erkən saatlarında” İsrail əsgərləri və polis əməkdaşları Etzion yəhudi məntəqəsi yaxınlığında axtarış apararkən tapılıb.

Ordu əsgərin adını açıqlamayıb. Ordunun sözçüsü Jonathan Conricus isə əsgərin silahlı, yaxud uniformada olmadığını söyləyib. O, ölümün baş vermə şəraitinin araşdırıldığını vurğulayıb.

Netanyahu isə bəyanatında deyib ki, təhlükəsizlik qüvvələri “terrorçunun tutularaq məsuliyyətə cəlb olunmasından ötrü axtarış aparır”.

İsrail Qərb sahili, şərqi Yerusəlimi və Qəzzə zolağını 1967-ci il müharibəsində tutub. Fələstinlilər bu əraziləri gələcək dövlətlərinin bir hissəsi sayırlar.

Beynəlxalq ictimaiyyətin böyük hissəsi İsrailin Qərb sahildə tikdiyi yəhudi məntəqələrini qanunsuz, İsrail-Fələstin münaqişəsində iki dövlətin yaradılmasını nəzərdə tutan həll yoluna əngəl hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG