Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 06:52

'Azeri Light' ucuzlaşıb


Bakıda neft buruğu

Bu gün, avqustun 8-də dünya bazarlarında Azərbaycan nefti ucuzlaşıb.

«Azeri LT CIF» markalı xam neftin qiyməti 3.51 ABŞ dolları və yaxud 5.63 faiz azalıb. Avqustun 8-də səhər «Azeri Light» markalı neftin bir barelinin 58.81 dollara satıldığı bildirilir.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində «Brent» markalı neftin qiyməti 1 barelə görə 57.88, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin isə 52.67 dollar təşkil edib.

Xatırlatma

Bu il Azərbaycan dövlət büdcəsində neftin bir bareli 60 dollara hesablanıb. Azərbaycan nefti özünün qızıl dövrünü 2008-ci ilin iyulunda yaşayıb. Onda onun bir bareli 149.66 dollara satılıb. Son dönəmlər ən ucuz vaxtı isə 2001-ci ilin dekabrında (19.15 dollar) qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG