Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

Azərbaycanda dənli bitkilərin əkini azalıb


Buğda

Dənli bitkilərin biçini başa çatmaq üzrədir.

Ancaq Dövlət Statistika Komitəsinin (DSK) bir il əvvəl və bu gün, avqustun 7-də yaydığı məlumatlarının müqayisəsindən dənli bitkilərin əkin sahələrinin azaldığı bəlli olur.

DSK-nın bu il avqustun 5-nə olan məlumatına əsasən, payızlıq və yazlıq dənli (qarğıdalısız) bitkilər üzrə 1039.5 min hektar sahənin 1026.5 min hektarı ( 98.7 faizi) biçilib. Toplanmış məhsul 3218 min ton təşkil edib və məhsuldarlıq 31.4 sentnerə bərabər olub: «Yığılmış məhsulun 2167.1 min tonu və yaxud 67.4 faizi buğda, 1014.9 min tonu (31.5 faizi) arpa, 36 min tonu (1.1 faizi) digər dənlilər və dənli paxlalı bitkilərdir».

DSK-nın 2018-ci il iyulun 23-nə olan məlumatında isə vurğulanırdı ki, dənli bitkilər üzrə 1049.3 min hektar sahənin 974.3 min hektarı və ya 92.9 faizi biçilib. Toplanmış məhsul 2833.4 min ton təşkil edib və məhsuldarlıq 29.1 sentnerə bərabər olub.

DSK-nın məlumatlarını müqayisə edərkən bəlli olur ki, son bir ildə ölkədə dənli bitkilərin əkin sahələri azalsa da, məhsuldarlıq artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG