Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Bahalı avtomobil sahiblərindən tələb edirlər ki...


CHEVROLET CAPTIVA avtomobili
CHEVROLET CAPTIVA avtomobili

Özbəkistanın Səmərqənd vilayətinin rəhbərliyi Chevrolet Malibu-2 və Captiva avtomobilləri olan hüquqi şəxslərə tələb irəli sürüb. Onlardan “Şark taronalari” (“Şərq təranələri”) beynəlxalq musiqi festivalının qonaqlarına pulsuz xidmət göstərmək tələb olunur. Bu festival bir həftə çəkəcək. Xəbəri AzadlıqRadiosu-nun özbək xidməti yayıb.

Malibu-2 və Captiva Özbəkistanda istehsal olunan ən bahalı avtomobillərdir.

Səmərqənd vilayəti administrasiyasından isə radioya bildirilib ki, maşın sahibləri “ürəklərinin səsiylə” festival qonaqlarını pulsuz daşımaq qərarı veriblər.

Özbəkistan, arxiv fotosu
Özbəkistan, arxiv fotosu

“Bahalı avtomobil sahiblərinin qonaqlara pulsuz xidməti səmərqəndlilərin mentalitetinə xas yüksək qonaqpərvərlik formasıdır”, – administrasiya təmsilçisi bildirib.

Malibu-2 sahiblərindən biri jurnalistlərə deyib ki, sürücüləri festival günü pulsuz işləməyə məcbur edirlər.

AzadlıqRadiosu-nun redaksiyasına yerli yol hərəkəti təhlükəsizliyi idarəsindən bir sahibkara göndərilmiş məktubu yollayıblar. Sənəddə deyilir ki, o, öz maşınını vilayət administrasiyasına verməyə borcludur.

“Malibu-2 xarici qonaqların qarşılanması, qonaqlara nümunəvi xidmət göstərilməsi, onların mədəni və tarixi irsimizlə tanış olması üçün avqustun 23-dən 30-dək vilayət administrasiyasının sərəncamına veriləcək”, – sənəddə vurğulanır.

“Şark taronalari” beynəlxalq festivalı 1997-ci ildən bəri iki ildən bir keçirilir. Bu il UNESCO-nin Baş direktoru Audrey Azoulay -ın da festivala qatılacağı gözlənir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG