Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 06:10

Lukashenka Bakiev-lə niyə görüşüb


Kurmanbek Bakiev, arxiv fotosu

Qırğızıstanın Xarici İşlər Nazirliyi Belarusun bu ölkədəki səfirini çağıraraq Prezident Alyaksandr Lukashenka-nın Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiev-lə görüşünə izahat istəyib.

Nazirliyin avqustun 7-də bildirməsinə görə, səfir Syarhey Ivanou-ya etiraz notası təqdim olunub.

Lukashenka-nın rəsmi vebsaytında avqustun 6-da yerləşdirilmiş məlumata görə, Belarus lideri Bakiev-lə Minskdəki ofisində keçmiş prezidentin bir neçə gün öncə tamamlanmış 70 illiyi münasibətilə görüşüb.

Bakiev bəzi ailə üzvləri ilə birlikdə 2010-cu ilin aprelindən Belarusda yaşayır. Həmin il o, antihökumət etirazları ilə devrilib.

100-dək adamın öldüyü iğtişaşlardakı roluna görə o, Qırğızıstanda qiyabi olaraq ömürlük həbsə məhkum edilib.

Minsk isə Bişkekin Bakiev-i ekstradisiya etmək xahişlərini gözardı edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG