Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:49

Müxalif vəkil döyüldüyünü deyir


İllüstrativ foto

Sibirin Kaltan şəhərində naməlum şəxslər müxalif mövqeli vəkili bərk döyüblər. Vəkil bunu siyasi motivli hücum adlandırıb.

Dmitry Miropoltsev AzadlıqRadiosu-na (RFE/RL) deyib ki, adamlar ona avqustun 7-də səhər küçədə yaxınlaşaraq döyməyə başlayıblar, deyiblər ki, “şəhər administrasiyasının altını qazmağı dayandırsın”.

Miropoltsev illərdir vətəndaş hüquqlarını müdafiə işilə tanınıb. O, son hücumu bələdiyyə nəqliyyatına ayrılan vəsaitləri araşdırmasıyla əlaqələndirib.

“Mən şikayət verəndən sonra şəhər administrasiyasının ictimai nəqliyyatı maliyyələşdirmə metodlarının qanunsuz olduğu aşkarlanıb”, – o söyləyib.

Miropoltsev hücum zamanı burnunun sındığını, iki dişini itirdiyini deyib.

Kemerovo regional polisi isə bu hücumla bağlı radioya şərh verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG