Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:06

Zelenskiy Putinə zəng edib


Volodymyr Zelenskiy (solda) Çerkasi şəhərind, 31 iyul, 2019-cu il

Ukrayna Prezidenti Volodymyr Zelenskiy avqustun 7-də deyib ki, rusiyalı həmkarı Vladimir Putin-lə danışıb. Bundan bir gün öncə Ukraynanın şərqində dörd əsgər öldürülüb.

“Ona dərhal zəng elədim. Ona dedim ki, bu bizi sülhə yaxınlaşdırmır”, – Zelenskiy Kiyevdə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Putinə deyib ki, Moskvanın dəstəklədiyi separatçıları “adamlarımızı öldürməyi dayandırmağa” çağırsın.

Zelenskiy Putinin ona nəsə vəd etdiyini desə də, detalları açıqlamayıb.

Ukraynanın Müdafiə Nazirliyi avqustun 6-da separatçıların atdığı atəşdən dörd əsgərin həlak olduğunu bildirmişdi. Bu, üç həftə öncə əldə olunmuş atəşkəs sazişindən sonra ən böyük itki sayıdır.

2014-cü ilin aprelindən Ukraynanın şərqində münaqişədə 13 mindən çox adam öldürülüb.

2015-ci ildə atəşkəs əldə olunsa da, kiçikmiqyaslı toqquşmalar can almaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG