Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:26

Kabildəki partlayışda azı 18 nəfər ölüb


Kabildəki partlayışda xəsarət almış şəxs

Kabildə avqustun 7-də səhər törədilmiş hücumda azı 18 nəfər ölüb, 145 nəfər yaralanıb. Qurbanlar arasında qadınlar və uşaqların olduğu bildirilir.

***

Kabildə polis məntəqəsi qarşısındakı partlayışda azı 95 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti Taliban qruplaşması üzərinə götürüb. Qruplaşma bu gün yaydığı bəyanatda hücum zamanı xeyli sayda əsgər və polis əməkdaşının “öldürüldüyünü və yaralandığını” qeyd edir.

***

Avqustun 7-də Kabildə polis məntəqəsinin qarşısında avtomobilə qoyulmuş bomba partladılıb, azı 34 nəfər yaralanıb.

Səhər saatlarında baş vermiş hadisəyə görə hələlik, məsuliyyəti götürən olmayıb.

Qurğu bir maşın polis şöbəsi qarşısında saxlayarkən partlayıb. Bunu Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi deyib.

Şahidlər partlayışdan sonra atışma səslərinin eşidildiyini bildirir.

Səhiyyə Nazirliyinin sözçüsü 34 nəfərin yaralı vəziyyətdə xəstəxanaya aparıldığını söyləyib.

Taliban qruplaşması ilə Birləşmiş Ştatların sülh danışıqları aparmasına baxmayaraq, Əfqanıstanda zorakılıq səngimək bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG