Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Noyabr, Cümə, Bakı vaxtı 06:02

'Qarabağ' səfərdə qələbə qazanıb


«Qarabağ» azarkeşləri. Foto arxiv

Avqustun 6-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün III təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu «Qarabağ» səfərdə Kipr təmsilçisi APOEL-i məğlub edib. Görüş Ağdam təmsilçisinin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk dəqiqələrdən topa nəzarət edərək rəqibin hücumlarının qarşısını alan «Qarabağ» birinci hissədə bir neçə təhlükəli vəziyyət yaradıb. Ancaq birinci hissə qolsuz başa çatıb.

Qarşılaşmanın ikinci hissəsinin 53-cü dəqiqəsində «Qarabağ”» hesabda önə keçib. Xayme Romeronun verdiyi ötürmə Mahir Emrelini rəqibin qapıçısı ilə təkbətəkə çıxarıb. O, uzaq küncü dəqiq nişan alaraq qola imza atıb - 0:1.

Bu qoldan sonra müdafiədə boşluqdan istifadə edən «Qarabağ» rəqibi ikinci dəfə meydanın mərkəzinə dəvət edib. 68-ci dəqiqədə Abdulla Zubir sol cinahda rəqibin iki müdafiəçisini keçərək meydana təzə daxil olmuş Maqaye Qeyeyə dəqiq ötürmə verib. Futbolçu ötürməni dəqiq zərbə ilə tamamlayıb - 0:2.

Amma «Qarabağ» iki top üstünlüyünü sona qədər qoruya bilməyib. Oyunun əsas hissəsinə əlavə edilmiş vaxtın son saniyələrində APOEL qollardan birinə cavab verə bilib.

Son saniyələrdə buraxılan qola baxmayaraq, «Qarabağ» səfərdə rəqibi üstələməyə nail olub.

Cavab matçı bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

«Qarabağ» II təsnifat mərhələsində İrlandiya çempionu «Dandolk»u, I mərhələdə isə Albaniyanın «Partizani» klubunu mübarizədən kənarlaşdırıb.

«Qarabağ» APOEL-i keçərsə, play-off mərhələsində PAOK (Yunanıstan)-«Ayaks» (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG