Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Qadınlar Khamenei-ni istefaya çağırır


Ayətulla Ali Khamenei (soldan 2-ci)
Ayətulla Ali Khamenei (soldan 2-ci)

İrandan 14 qadın hüquq müdafiəçisi Ali dini lider Ayətulla Ali Khamenei-nin istefasına, qadınlara bərabər hüquqlar tanıyan yeni konstitusiyanın qəbuluna imkan verəcək “tam keçid”ə səsləyib.

Hüquqşünas Guiti Pourfazel-in də daxil olduğu fəallar avqustun 5-də onlayn bəyanatda deyirlər ki, 40 ilik teokratik idarəçilik “gender ayrıseçkiliyi”nə aparıb, ölkə əhalisinin yarısının hüquqlarını “silib”.

“Bu gender ayrıseçkiliyinə etiraz edən hər kəs təhqirə, alçalmaya, döyülməyə, həbsə, bəzi hallarda işgəncə və edama əruz qalıb”, – bəyanatda vurğulanır.

Tehranda qadınlar
Tehranda qadınlar

Fəallar tələblərini qeyri-zorakı vasitələrlə irəli aparacaqlarını deyirlər.

“40 illik şəriət idarəçiliyi dövründə biz güc, repressiya və qeyri-insani, antiqadın qanunlarla kənarlaşdırılmışıq”, – deyən fəallar belə bir durumun davamına dözməyəcəklərini əlavə edirlər.

Onlar iyunun 14-də verilmiş oxşar bəyanata dəstək ifadə ediblər. Həmin bəyanatı İrandakı və xaricdəki fəallar imzalayıblar. Onların içində kinorejissor Mohammad Nurizad və Tehran universitetinin keçmiş rektoru Mohammad Maleki olub və Khamenei-ni istefa verməyə çağırıblar.

Nurizad-ın iyulun əvvəlində saxlandığı, naməlum ittihamlarla Tehranın Evin xəstəxanasına salındığı bildirilir. Həmin bəyanata imza atmış digər şəxslər də təhdid aldıqlarını söyləyiblər.

İslam respublikasında dövlət işlərində son söz sahibi olan Khamenei-ni tənqid etmək İranda qırmızı xəttin keçilməsi deməkdir.

XS
SM
MD
LG