Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:30

Stoltenberg Krımın ilhaqından danışıb


Jens Stoltenberg

Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsi getdikcə artan “böyük güc yarışmasının” nəticəsi olub. Bunu NATO-nun Baş katibi Jens Stoltenberg avqustun 5-də deyib.

Yeni Zelandiyanın Victoria Universitetinin Strateji Araşdırmalar Mərkəzində çıxış edən Stoltenberg vurğulayıb ki, böyük güclər arasında yarışmadan savayı, terrorçuluq və kiber təhlükəsizlik NATO-nun qarşısında duran digər böyük problemlərdir.

O, özəlliklə Rusiya və Çinin “daha təcavüzkar” xarakterli olduğunu vurğulayıb. Baş katib deyib ki, Moskva “hərbi qabiliyyəti”ni ciddi şəkildə gücləndirir, bu da “qaydalara söykənən nizama təzyiqi artırır”. Buna sön örnək Ortamənzilli Nüvə Qüvvələri sazişinin avqustun 2-də iflasa uğramasıdır. Stoltenberg Rusiyanı yeni raketlər yerləşdirməklə 1987-ci ildə imzalanmış sazişi pozmaqda suçlayıb.

Moskva isə ittihamı rədd edir.

Rusiya bildirir ki, Birləşmiş Ştatlar yeni silah yarışı başlatmaqdan ötrü sazişdən çıxıb. Saziş Sovet İttifaqı və Birləşmiş Ştatların 500-5 min 500 kilometri əhatələyən qanadlı və ballistik raketlər hazırlamasını və yerləşdirməsini qadağan edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG