Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:49

ABŞ Kəşmirdə baş verənlərdən narahatdır


Kəşmir, 5 avqust, 2019-cu il

Birləşmiş Ştatlar Kəşmir vilayətində baş verənləri yaxından izlədiyini bildirir. Hindistan bu Himalay regionunun öz nəzarətində olan hissəsinin xüsusi statusunu ləğv edib.

“Həbslər barədə məlumatlardan narahatıq və individual hüquqlara sayqı göstərməyə, aidiyyatı icmalarla müzakirəyə çağırırıq”, – Dövlət Departamentinin sözçüsü Morgan Ortagus avqustun 5-də yaydığı bəyanatında bildirib.

Ortagus “bütün tərəfləri təmas xəttində sülhü və sabitliyi qorumağa” çağırıb. Təmas xətti Kəşmirdə Hindistan və Pakistan arasında de fakto sərhədi təmin edir

BMT-nin Baş katibi Antonio Guterres də bütün tərəfləri “təmkinli olmağa” səsləyib, sözçüsü Stephane Dujarric jurnalistlərə deyib. Onun sözlərinə görə, BMT-nin Hindistan və Pakistandakı Müşahidəçi Qrupu təmas xətti boyunca “hərbi fəaliyyətdə güclənmə” müşahidə edib.

Hindistan hökuməti avqustun 5-də konstitusiyanın 370-ci maddəsini ləğv edib. Bu maddə Kəşmirin Hindistan hissəsi üçün muxtariyyət nəzərdə tuturdu. Dehlinin addımı iğtişaşların baş qaldıracağı sarıdan narahatlıq yaradıb.

Pakistan Hindistanın addımını qanunsuz adlandırıb. “Hindistan təhlükəli oyun oynayır, bunun regionda sülh və sabitlik üçün ciddi fəsadları ola bilər”, – Xarici işlər naziri Shah Mehmood Qureshi deyib.

Kəşmirin Hindistan hissəsində yaraqlılar uzun illərdir mübarizə aparır. Britaniyadan müstəqillik əldə edəndən sonra Hindistanla Pakistanın apardığı üç müharibədən ikisi Kəşmirlə bağlı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG