Keçid linkləri

Təcili xəbərlər
2019, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:30

ABŞ Çinə valyuta möhtəkiri deyir


Yuan

ABŞ Xəzinədarlığı Çini 1994-cü ildən bəri ilk dəfə olaraq valyuta möhtəkiri adlandırıb. Bundan öncə – avqustun 5-də bir dolların məzənnəsi 7 yuanı keçib.

Bu addım Birləşmiş Ştatların Çinə əlavə sanksiyalar tətbiq etməsinə səbəb ola bilər. Çin isə ABŞ-dan kənd təsərrüfatı məhsulları almayacağını bəyan edib. Beləliklə, tərəflər arasında ticarət müharibəsi daha da pisləşir.

ABŞ Prezidenti Donald Trump Çindən idxal olunan 250 milyard dollarlıq məhsula rüsum qoyub və sentyabrın 1-dən daha 300 milyard dollarlıq məhsula 10 faizlik rüsum tətbiq edəcəyini bildirib.

Bu tariflər Amerika istehlakçıları üçün Çin məhsullarını bahalandırır.

Trump hələ 2016-cı il seçki kampaniyası zamanı Çini valyuta möhtəkirliyində suçlayıb.

Ancaq Trump vəzifəyə keçəndən Xəzinədarlığın yaydığı beş valyuta hesabatında Çinlə bağlı belə mövqe ortaya qoyulmayıb.

Sonuncu dəfə Çin 1994-cü ildə valyuta qara siyahısına salınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG