Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 13:35

Populyar müğənni 84 yaşında vəfat edib


Willi (Vilen) Tokarev

Populyar rusiyalı-amerikalı müğənni və bəstəkar Willi (Vilen) Tokarev 84 yaşında dünyasını dəyişib.

Rusiyanın media orqanları Tokaev-in qohumlarına və dostlarına istinadla bildirirlər ki, tanınmış ifaçı və bəstəkar avqustun 4-də Moskvada bir klinikada dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmır.

1974-cü ildə Sovet ittifaqından Birləşmiş Ştatlara mühacirət etmiş Tokarev mahnılarını rus şansonu janrında ifa edib. Buraya sevgi nəğmələri, müğənni bəstəkarların ifa etdikləri mahnılar, şəhər yoxsulları, kriminal aləmə həsr olunmuş mahnılar daxildir.

O, 1980-ci illərdə məşhurlaşıb, belə ki, rusdilli amerikalıların həyatı haqda mahnıları yazılmış lentlər gizli yolla Sovet İttifaqına aparılıb.

Tokarev Birləşmiş Ştatlardakı sovet mühacirləri, sonradan isə Sovet İttifaqında məşhurlaşıb.

Mikhail Gorbachev islahatlara başlayandan sonra Tokarev 1989-90-cı illərdə sovetlərə səfər etməyə başlayan Tokarev sonradan Moskvaya köçüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG