Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 06:39

Külək nə vaxta kimi davam edəcək? Proqnoz


Külək

Avqustun 6-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi təxmin edilir. Güclü şimal-qərb küləyinin əsəcəyi, gündüz tədricən onun mülayimləşəcəyi ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-23, gündüz 25-27, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti proqnozlaşdırılır.

Avqustun 6-da Azərbaycanın əksər rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 17-22 dərəcə isti təxmin edilir.

Hazırda da Bakıda güclü şimal küləyi əsir.

Günün bütün mövzuları

XS
SM
MD
LG