Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:30

НТВ Moskva etirazlarının təşkilatçılarına təhdid məktubunu yayıb


Polis Moskvanın mərkəzində meydanı mühasirəyə alır, 3 avqust, 2019-cu il
Polis Moskvanın mərkəzində meydanı mühasirəyə alır, 3 avqust, 2019-cu il

Rusiyanın НТВ televiziyası “Moskvada yerli iğtişaşların təşkilatçılarına müraciət” yayıb. Məktubu “təşəbbüs qrupu” imzalayıb.

“Görürük ki, xaricdən aldığınız pullarla Rusiyadakı durumu hərəkətə gətirməyə çalışırsınız. Siyasi durumu hərəkətləndirməyə, oliqarxları yeyib dağıtmaq üçün hakimiyyətə qaytarmağa çalışırsınız. Bunu etməyə sizə icazə vermərik!” – məktubda deyilir.

“Son vaxtlar o qədər həyasızlaşmısınız ki, bizi birbaşa təhdid etməyə başlamısınız. Öz borcunu vicdanla yerinə yetirən adamlar ölkəmizin maraqlarını, hətta qaynar nöqtələrdə belə, öz həyatlarını riskə qoyaraq müdafiə edirlər”, – yazılan məktubda “qanıyla ödəmək”, “ifşa etmək”, “cəzalandırmaq” kimi ifadələr yer alıb.

3 avqust yürüşündə saxlanan etirazçı
3 avqust yürüşündə saxlanan etirazçı

Avqustun 4-də İstintaq Komitəsi Moskva vilayətinin 30 yaşlı sakini Vladislav Sinitsə ataları “güc orqanları”nda çalışan uşaqları cəzalandırmaqdan ötrü internetdə çağırış səsləndirməkdə ittiham edib. Sinits nifrət və ədavət oyatmaqda suçlanır.

İstintaq orqanı bildirir ki, o, iyulun 31-də sosial şəbəkədə “Maks Steklov” adıyla qeydiyyatdan keçib, “hüquq-mühafizə orqanları əməkdaşlarının övladlarına münasibətdə güc xarakterli hərəkətlərə” çağırıb.

Müstəntiqlər Sinitsin evində axtarış aparıb, texniki avadanlığı aparıb.

Avqustun 3-də Moskvada icazəsiz etiraz aksiyaları keçirilib. Nümayişə çıxanlar Moskva şəhər Dumasına seçkiyə müxalifət namizədlərinin qeydiyyata alınmamasına etiraz ediblər.

OVD-İnfo hüquq –müdafiə təşkilatı Moskvanın mərkəzində 1001 nəfərin saxlandığını bildirir. Rəsmilər isə 600-dək adamın saxlandığını açıqlayıb.

Seçkiyə namizədliyi qeydə alınmamış Lyubov Sobol barəsində ictimai tədbir qaydasının pozulması üzrə protokol tərtib olunub və o, 300 min rubl cərimələnib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG