Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:10

Cənubi Koreya ABŞ-la hərbi təlimlərə başlayır


ABŞ-Cənubi Koreya təlimləri, arxiv fotosu

Cənubi Koreya ordusu ABŞ qüvvələri ilə birgə hərbi təlimlərə başlayacağını bildirir. Bundan əvvəl Şimali Koreya xəbərdarlıq edib ki, bu təlimlər Pxenyanla Vaşinqton arasında nüvə danışıqlarına təhlükə yaradar.

Cənubi Koreyanın Müdafiə Nazirliyi avqustun 5-də bildirib ki, əsasən kompüterlərin modelləşdirdiyi təlimlərdə Seulun potensial müharibə əməliyyatı zamanı əsgərlərinə nəzarəti Vaşinqtondan alması sınaqdan çıxarılacaq.

Mövcud ABŞ-Cənubi Koreya təhlükəsizlik sazişində deyilir ki, müharibə zamanı birgə qüvvələrin komandanlığı ABŞ generalına keçir. Ancaq Seul çoxdandır bu maddəni dəyişməyə çalışır.

Nazirlik hələlik, təlimlərin avqustun 5-də səhər başlamasını təsdiqləməyib.

Bir neçə gün öncə Şimali Koreya yaxınmənzilli raketlər sınaqdan keçirib. Pxenyan bunun Cənuba Vaşinqtonla təlimlərə qarşı xəbərdarlıq olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG