Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:32

Qahirənin mərkəzində azı 19 nəfər həlak olub


Arxiv fotosu

Misirin Milli Xərçəng İnstitutu yaxınlığında partlayışda azı 19 nəfər ölüb, 32 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin avqustun 5-də yaydığı bəyanatda deyilir ki, nəqliyyata qarşı sürən avtomobil üç maşınla toqquşub, partlayış yaranıb.

İnsidentin qəsdən törədildiyi, yaxud qəza olduğu bəlli deyil.

İnternetdə yayılmış videoda partlayış nəticəsində bir neçə maşının alovlandığı görünür.

Hadisə Qahirənin Nil çayına baxan El Manial rayonunda baş verib.

Səhiyyə Nazirliyi partlayışın Milli Xərçəng İnstitutunun içərisinə də ziyan vurduğunu açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG