Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Noyabr, Cümə, Bakı vaxtı 05:59

Azərbaycan XİN-i ABŞ-dakı hücumlarda ölənlərlə bağlı başsağlığı verib


Azərbaycsan xarici işlər nazirliyinin binası

Azərbaycan XİN-i ABŞ-dakı insidentlərdə ölənlərlə bağlı başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Texas və Ohayo ştatlarında çoxsaylı insan ölümü ilə nəticələnən silahlı insidentlərlə bağlı başsağlığı verib.

Bu barədə məlumat XİN-in "Twitter" mikrobloquna yerləşdirilib.

"Biz Texasın El-Paso və Ohayonun Deyton şəhərlərində baş vermiş silahlı insidentlər zamanı çox sayda günahsız insanın ölümünə, onlarla insanın yaralanmasına dair dəhşətli xəbərlərdən dərin kədər hissi keçiririk. Ölənlərin ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik", - deyə məlumatda bildirilir.

Xatırlatma

Avqustun 3-də ABŞ-ın Texas ştatının El Paso şəhərindəki "Sielo Vista" ticarət mərkəzində silahlı şəxsin insanlara atəş açması nəticəsində 20 nəfərin öldüyü, azı bir o qədər də insanın yaralandığı bildirilir. Avqustun 4-də isə ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma nəticəsində 10-a yaxın şəxsin öldüyü, 20-dən çox insanın isə yaralandığı qeyd edilir.

CNN birinci olayla bağlı Federal Təhqiqat Bürosundakı mənbələrə istinadla , terror fakı ilə bağlı istintaq aparıldığını bildirib.Patrik Kruzius adlı şübhəlinin saxlandığı xəbər verilir. Onun 21 yaşı var. Şahidlərin sözlərinə görə, o, Walmart supermarketinə girərək atəş açmağa başlayıb.Məlumata görə o hücumdan az əvvəl sosial şəbəkədə irqçi baxışlı “manifest” yerləşdiribmiş.

İkinci hücum, adətən dolu olan bar və gecə klublarının yerləşdiyi küçədə törədilib.Hələlik, bu insidentin motivi və hücum edənin kimliyi barədə məlumat verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG