Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 18:13

Musiqiçilər Moskva festivalına getmirlər


Moskvada 27 iyul nümayişi
Moskvada 27 iyul nümayişi

Rusiyanın bir sıra populyar musiqiçiləri şəhər meriyasının bu həftəsonuna saldığı pulsuz konsert və yemək festivalında iştirakdan imtina edirlər. Məsələ bundadır ki, həmin tədbirlər müxalifət siyasətçilərinin planlaşdırdığı yürüşlə eyni vaxta salınıb.

Moskva meriyası iyulun 31-də bildirib ki, avqustun 3-4-də Qorki Parkında “Shashlik Live” adlı pulsuz barbekyu və musiqi festivalı keçiriləcək, “Moskvanın ən yaxşı restoranlarının hazırladığı ət xörəklərini” dadmaq istəyənlər dəvətlidirlər.

“Shashlik Live”da çıxış edəcəyui bildirilən azı iki qrup getməyəciyini deyib. Bravo Tequillajazz ansambllarının üzvləri Twitter-də yazıblar ki, tədbirə qatılmayacaqlar, çünki onlar “avqustun 3-nə heç yerdə konsert planlaşdırmayıblar”.

27 iyul etirazı zamanı polis yolu bağlayır
27 iyul etirazı zamanı polis yolu bağlayır

Moskvada iyulda bir neçə etiraz aksiyası keçirilib. Səbəb hakimiyyətin şəhər meriyasına seçkiyə bəzi namizədləri qeydə almamasıdır. Onların yığdığı 5 min 500 imzanın bir hissəsinin etibarsız olduğu elan edilib.

İyulun 27-də keçirilən son yürüş polis tərəfindən zorakılıqla yatırılıb, 1400 nümayişçi saxlanıb.

8 sentyabr seçkisinə namizədliyi qeydə alınmayan müxalifət və müstəqil siyasətçilər avqustun 3-də Moskvada Bulvar Üzüyü adlı mərkəzi yolunda daha bir yürüş planlaşdırırlar.

Şəhər hakimiyyəti bu yürüşə icazə verməyib və bəziləri təhlükəsizlik əməkdaşlarının yenidən gücə əl atacağından narahatdır.

27 iyul aksiyasında saxlanmış onlarla etirazçı icazəsiz aksiyanın təşkili və onda iştirakdan dolayı ya cərimələnib, ya da həbs olunub. Bəzilərinə polisə hücum ittihamı irəli sürülüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG