Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Klitschko ilə Zelenskiy ‘rinqə çıxır’


Siyasi karikatura. Vitaliy Klychko və Volodymyr Zelenskiy
Siyasi karikatura. Vitaliy Klychko və Volodymyr Zelenskiy

Kiyevin meri Vitaliy Klitschko öz səlahiyyətini saxlamaq məqsədilə Prezident Prezident Volodymyr Zelenskiy ilə hüquqi çəkişməyə başlayır.

Zelenskiy-nin idarəsi keçmiş boks çempionundan istefa verməyi, səlahiyyətlərindən əl çəkməyi, Kiyevin simvolik meri kimi qalmağı istəyib.

Prezident administrasiyasının rəhbəri Andriy Bohdan iyulun 30-da keçirdiyi brifinqdə Klitschko-nu korrupsiyaya rəvac verməkdə, Kiyev şəhər şurasına nəzarət etməməkdə suçlayıb. “Klitschko son beş ildə şəhərə nəzarəti itirib”, – Bohdan deyib. O, Klitschko-nun şəhərin tikinti sənayesindəki korrupsiyaya göz yumduğunu iddia edərək bildirib ki, merin adından danışdığını deyən bir şəxs ona zəng edərək merin vəzifədə qalması üçün 20 milyon dollar rüşvət təklif edib.

Volodymyr Zelensky və Andriy Bohdan (sağda)
Volodymyr Zelensky və Andriy Bohdan (sağda)

“Şübhəlilər müəyyənləşdirilsin”

Klitschko isə buna cavabında avqustun 1-də Milli Antikorrupsiya Bürosundan Bohdan-ın rüşvət iddiasını araşdırmağa çağırıb. ​

“Kimsə kiminsə ünvanına qanunsuz qazancdan ötrü nəsə deyirsə… detektivlər ya şübhəliləri müəyyənləşdirərək adlarını çəkməlidir, ya da Bohdan-dan saxta informasiya yaydığına görə üzrxahlıq istəyəcəyəm”, – Klitschko deyib.

Qanunla Kiyevin xüsusi administrativ statusu var. Konstitusiyaya uyğun olaraq, prezident hökumətin xahişilə Kiyev şəhər administrasiya rəhbərini təyin edir, yaxud işdən çıxarır. Zelenskiy iyulun 24-də Nazirlər Kabinetindən Klitschko-nu kənarlaşdırmağı xahiş edib.

Klitschko isə AzadlıqRadiosu-nun Ukrayna xidmətinə “təslim olmayacağını” deyib.

Konstitusiya Məhkəməsinin 2003-cü ildə çıxardığı qərara görə, merin şəhər administrasiya rəhbərini seçmək kimi müstəsna hüququ var.

Klitschko bu ayın əvvəlində AzadlıqRadiosu-na müsahibəsində deyib ki, Zelenskiy administrasiyasının hərəkətləri “avtoritarizm qoxuyur”.

O, prezidentin Xalqın Qulluqçusu partiyasını mer ilə şəhər administrasiya rəhbərinin səlahiyyətlərini ayırmağa çalışdığına görə tənqid edib.

Klitschko deyib ki, şəhəri idarə etmək səlahiyyətini itirərsə, məhkəmələrə, həmçinin “ictimaiyyətə üz tutacaq, bunu önləməkdən ötrü bütün addımları atacaq”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG