Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 16:05

Yəməndə paradda onlarla adam öldürülüb


Adendə hadisə yeri

İranın dəstəklədiyi husi üsyançılar avqustun 1-də Yəmənin cənubundakı Aden liman şəhərində hərbi parada raket və dron zərbləri endirdiklərini bildirir. Səhiyyə və təhlükəsizlik rəsmiləri 30-dan çox adamın qətlə yetirildiyini deyir. Adendə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət yerləşir.

Yəmənin Baş naziri Maeen Abdulmalik Saeed və Səudiyyənin Yəməndəki səfiri ayrı-ayrı tvitlərdə Tehranı bu hücumun, eləcə də şəhərdə polis məntəqəsində partlayışın arxasında durmaqda suçlayır.

Parada hücumda bir komandir daxil azı 32 nəfərin öldürüldüyü xəbər verilir.

Husilərin rəsmi kanalı olan Al Masirah TV bildirib ki, üsyançılar parada ortamənzilli raket və silahlı dronla hücum ediblər.

Bomba qoyulmuş maşınla hücuma görə isə məsuliyyəti götürən olmayıb. Medecins Sans Frontieres bu hücumda 10 nəfərin öldürüldüyünü xəbər verir. Əvvəllər Yəməndə belə hücumlara görə Al-Qaeda islamlı qrupu məsuliyyəti götürüb.

İran Yəməndə baş verənlərdə rolu olmadığını deyir. Səudiyyənin rəhbərlik etdiyi sünni müsəlman koalisiyası 2015-ci ildən bu ölkəyə müdaxilə edərək beynəlxalq ictimaiyyətin tanıdığı hökuməti bərpa etməyə çalışır. Husilər hökuməti 2014-cü ilin sonunda paytaxt Sanaadan qovublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG