Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Rusiyalılar televiziyaya daha əvvəlki tək inanmırlar


Rusiya Prezidenti Vladimir Putin televiziyayla çıxış edir, 20 iyun, 2019-cu il
Rusiya Prezidenti Vladimir Putin televiziyayla çıxış edir, 20 iyun, 2019-cu il

Rusiyalılar getdikcə televiziyaya daha az inanırlar. Bunu “Levada” mərkəzinin yeni sorğusu üzə çıxarıb. Sorğuya görə, son 10 ildə Rusiya vətəndaşlarının televiziyaya inamı 25 faiz azalıb.

2009-cu ilin avqustunda vətəndaşların 79 faizi televiziyaya inanırdısa, bu göstərici indi 54 faizə düşüb. Bir məqam da maraqlıdır ki, televiziyaya yaşı 35-dən çox olanlar inanırlar.

Rusiyalıların televiziyaya informasiya mənbəyi kimi inamı da dəyişib. 10 il öncə vətəndaşların 94 faizi TV-yə informasiya mənbəyi kimi baxırdı. İndi 72% belə düşünür.

Sorğu respondentlərin daha çox “Rossiya 1”, “Perviy Kanal”, NTV, “Rossiya 24” və REN TV-yə baxdığını üzə çıxarıb.

Rusiyalılar üçün populyarlığa görə ikinci yerdə gələn informasiya mənbəyi sosial şəbəkələr (34%), üçüncü internetdir (32%). Ölkə vətəndaşlarının təxminən 30 faizi həftədə azı bir dəfə videobloqlara baxır. Son 10 ildə sosial şəbəkələrin informasiya mənbəyi kimi auditoriyası 3 dəfə artıb.

Ümumiyyətlə, respondentlərin 56 faizi sosial şəbəkələrdən hər gün, yaxud həftədə bir neçə dəfə istifadə etdiyini deyib. Əhalinin üçdə biri isə sosial şəbəkələrdən heç vaxt istifadə etməyib. Əhali arasında ən populyar şəbəkələr bunlardır:

“VKontakte” (42%), “Odnoklassniki” (33%), YouTube (30%), Instagram (23%).

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG