Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Avqust, çərşənbə, Bakı vaxtı 02:21

'Manatın real məzənnəsi 1.2 faiz ucuzlaşıb'


E.Rüstəmov

Altı ay ərzində manatın real məzənnəsi 1.2 faiz ucuzlaşıb.

AZƏRTAC-ın məlumatına görə, bunu dünən, iyulun 31-də Azərbaycan prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Azərbaycan Milli Bankının rəhbəri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, bütövlükdə manatın məzənnəsi sabitdir və sabit olaraq qalır:

«Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər, valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir». (İqtisadiyyata pul buraxılması iqtisadi artıma səbəb olsa da, bu, müəyyən həddi keçdikdən sonra inflyasiya yaranır. Məhz inflyasiya yaradan bu kütlənin bazardan təmizlənməsinə sterilizasiya prosesi deyilir-red.)

E.Rüstəmovun deməsinə görə, məzənnə sabit olsa da, onlar Azərbaycanın ticarət tərəfdaşları ilə xarici rəqabət qabiliyyətini izləyirlər: «Altı ay ərzində manatın real məzənnəsi 1.2 faiz ucuzlaşıb».

Xatırlatma

2017-ci ilin mayından Azərbaycan milli valyutası manatın məzənnəsi dəyişməyib. 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.

Halbuki, bir qədər əvvəl Azərbaycan Mərkəzi Bankının rəhbərliyi manatın üzən məzənnə rejiminə keçdiyini açıqlamışdı.

Müstəqil ekspertlər bunu manatın məzənnəsinin yenidən tənzimlənməsi ilə izah edirlər.

2015-ci ildə ölkədə iki dəfə devalvasiya baş verib. Manat dollar qarşısında iki dəfə dəyər itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG