Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 08:19

ABŞ Osama bin Ladenin oğlunun öldüyünə inanır – Qərb mediası


Hamza bin Laden
Hamza bin Laden

Birləşmiş Ştatlar al Qaeda-nın qətlə yetirilmiş lideri Osama bin Ladenin oğlu Hamza bin Laden-in öldüyünə inanır. Bunu ABŞ-ın anonimlik şərtilə danışan rəsmisi deyib, amma Hamza-nın harada, nə vaxt öldüyünü isə açıqlamayıb. Hamza silahlı qruplaşmada nüfuzlu fiqur sayılırdı.

Prezident Donald Trump isə NBC News-a bu xəbəri şərh etməkdən imtina edib. Ondan bin Ladenin oğlunun öldürülməsi barədə kəşfiyyat məlumatı olub-olmadığını soruşublar, deyib ki, “bunu şərh etmək istəmirəm”.

Ağ ev də şərh verməyib.

Hamza-nın 30 yaşlarında olduğu bildirilir. O, 2001-ci ilin 11 sentyabr terrorundan öncə Əfqanıstanda atasının yanında idi. ABŞ həmin terror hücumundan sonra Əfqanıstanı tutandan sonra atasıyla Pakistana gedib.

Hamza bin Laden axtarılırdı
Hamza bin Laden axtarılırdı

Osama bin Laden 2011-ci ilə Pakistanda ABŞ xüsusi qüvvələri tərəfindən qətlə yetirilib. O zaman Hamza-nın İranda ev dustaqlığında olduğu söylənirdi. Ərazidən aşkarlanmış sənədlərə görə, köməkçiləri onu atasına qovuşdurmağa çalışıb.

“The New York Times” Hamza-nın ölümünə səbəb olmuş əməliyyatda Birləşmiş Ştatların rolu olduğunu, əməliyyatın son iki ildə aparıldığını yazıb. Ancaq “Reuters” agentliyi bu detalları dəqiqləşdirə bilməyib.

FED faiz dərəcəsini saldı, bazarların reaksiyası

Dünən – iyulun 31-də ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini 0,25 faiz azaldaraq illik 2.00-2.25 faizdə saxlayıb. Açıq bazarda əməliyyatlar üzrə federal komitənin 10 üzvündən 8-i bu qərarın lehinə səs verib. FED bu faiz dərəcəsi əsasında kommersiya banklarına kredit ayırır.

Jerome Powell
Jerome Powell

FED mətbuat üçün açıqlamasında bildirib ki, hazırda ABŞ-da işsizliyin aşağı səviyyəsinə, orta iqtisadi artıma baxmayaraq, faiz dərəcəsinin azalmasına dair qərar qlobal iqtisadi artımım yavaşıması fonunda qəbul olunub. ABŞ mərkəzi bankının məqsədi sabit əmək bazarını, iqtisadi artımı, inflyasiyanı iki faizdən aşağı salmağı stimullaşdıran şərtləri dəstəkləməkdir.

MarketWatch saytı bu qərardan sonra Amerika birjalarında kursların düşdüyünü yazır. Belə ki, investorlar gözləyirdilər ki, mərkəzi bank iqtisadiyyatı dəstəkləmək məqsədilə faiz dərəcəsini yenə də azaldacağını bəyan edəcək. Commonwealth Financial Network şirkətinin təmsilçisi Brad McMillan sayta müsahibəsində bunu maliyyə bazarlarının qısamüddətli reaksiyası adlandırıb. Yəni, onlar hələ ki bu addımım iqtisadi artımı stimullaşdırmağa yetərli saymırlar.

McMillan eyni zamanda Amerika iqtisadiyyatının fundamentinin möhkəm olduğunu vurğulayıb. Bəzi şərhçilərin fikrincə, son 10 ildə faiz dərəcəsinin ilk dəfə azaldılması oxşar addımların yalnız başlanğıcı ola bilər. Məqsəd iqtisadi aktivliyin azalmasına, sonucda resessiyaya yol verməməkdir.

Bəzi iqtisadçılar isə faiz dərəcəsinin azaldılması qərarının arxasında ABŞ administrasiyasının Çinlə tarif müharibəsinin fəsadları sarıdan narahatlıq görürlər.

Prezident Donald Trump son illər FED rəhbəri Jerome Powell-i tənqid edirdi ki, mərkəzi bank Amerika iqtisadiyyatının stimullaşdıracaq addımlar atmır. Trump gələcəkdə də faiz dərəcəsinin azalmasını vacib sayır. Powell isə dünən keçirdiyi mətbuat konfransında belə bir qərarın qəbulunda prezidentin təzyiqinin rol oynamadığını deyib.

FED-in növbəti iclası sentyabrda olacaq.

Sibirdə meşə yanğınları
Sibirdə meşə yanğınları

Rusiya niyə yanır

“The Moscoq Times” qəzetində Vladimir Ruvinsky Rusiyadakı meşə yanğınlarının yeni qanun və zəif iqtisadiyyatla bağlı olduğunu yazır.

Greenpeace Rusiya təşkilatı hazırda ölkədə 3 milyon hektar ərazinin (təxminən Belçkikanın ərazisi boyda) yanğın içində olduğunu bildirir. Yaz-yay mövsümündə 11 milyon hektar (Portuqaliya ərazisindən böyük) yer yanğının təsirinə məruz qalıb.

Müəllif bu yanğınların əslində, hakimiyyətin qərarlarının nəticəsi olduğunu yazır. Belə ki, yanan meşələrin 90 faizindən çoxu “nəzarət zonası” adlanan ərazilərə düşür. Bu ərazilərdə yanğını söndürmək onun vurduğu ziyandan baha başa gəlirsə, hakimiyyət onu söndürməyə bilər.

Bu sovet dövrü praktikası 2015-ci ildən tətbiq olunmağa başlanıb. İndi qubernatorların yanğınları söndürməmək hüququ var, çünki əllərində bunu etməyə pul və avadanlıq yoxdur. Rusiyada meşə çoxdur, iqtisadiyyat isə o qədər zəifdir ki, yanğınları söndürməyə gücü çatmır.

Hakimiyyət ərazidə emal oluna bilən odunun minimum qiymətini hesablayır, odun emala yaramırsa, onda heç ortada ziyan söhbəti də yoxdur. Başqa sözlə, bu hesablamalar bəzən yanğınların heç bir ziyan vurmadığını ortaya qoyur. Di gəl, hər il yanğınlar tikinti ağacı sənayesindən (1 milyon hektar) 3 dəfə artıq meşəni (3 milyon hektar) məhv edir”, – müəllif yazır.

XS
SM
MD
LG