Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:13

'Qarabağ' III təsnifat mərhələsində [Video]


«Qarabağ» FK

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində iyulun 31-də Azərbaycan çempionu «Qarabağ» İrlandiya çempionu «Dandolk»u böyük hesabla məğlub edib.

Görüşün 13-ü dəqiqəsində Ağdam təmsilçiləri hesabı açmağa nail olublar. «Qarabağ»ın ispaniyalı futbolçusu Xayme Romeo uzaq məsafədən yaxın küncü dəqiq nişan alaraq ilk qola imza atıb - 1:0. Qarşılaşmanın ikinci hissəsində üstünlüyünü davam etdirən «Qarabağ» daha iki qol vurub. Matçın 76-cı dəqiqəsində Ailton Maksim Medvedevin cinah ötürməsindən sonra başla dəqiq zərbə endirib - 2:0. Oyunun 87-ci dəqiqəsində isə Qurban Qurbanovun yetirmələri hesab arasındakı fərqi üç topa çatdırıblar. Xayme Romeo adını təkrar tabloya yazdıraraq oyunda dubla imza atıb.

Beləliklə, növbəti mərhələyə adlayan «Qarabağ» Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin «APOEL» klubu ilə üz-üzə gələcək. İlk oyun səfərdə avqustun 6-da, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.

«Qarabağ» I mərhələdə Albaniyanın «Partizani» klubunu mübarizədən kənarlaşdırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG