Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

İran Zarifə sanksiyaları pisləyir


Mohammad Javad Zarif
Mohammad Javad Zarif

İran Vaşinqtonun Xarici işlər naziri Mohammad Javad Zarif-ə sanksiya tətbiq etmək qərarını pisləyib, bunu “uşaq hərəkəti”, “qeyri-müdrik” addım adlandırıb.

Prezident Hassan Rohani avqustun 1-də ölkənin şimal-qərbindəki Təbriz şəhərində çıxışında deyib ki, ABŞ-ın hərəkəti Vaşinqtonun İranın baş diplomatından “qorxduğunu” göstərir.

Hassan Rohani Təbrizdə çıxış edir
Hassan Rohani Təbrizdə çıxış edir

“Onlar (amerikalılar) uşaq davranışına əl atırlar... Onlar hər gün iddia edirdilər ki, ‘Heç bir qeyd-şərtsiz danışmaq istəyirik’... sonra isə xarici işlər nazirinə sanksiya tətbiq edirlər”, – Rohani dövlət televiziyası ilə canlı çıxışında deyib.

“Düşmənlərimiz o qədər ümidsizdirlər ki, ağılla hərəkət etmək, düşünmək bacarıqlarını itiriblər”, – prezident vurğulayıb.

***

ABŞ Zarifə sanksiya tətbiq edir

Birləşmiş Ştatlar iyulun 31-də İranın Xarici işlər naziri Mohammed Javad Zarif-ə qarşı məhdudlaşdırıcı addımlar atıb, onun Birləşmiş Ştatlardakı, yaxud ABŞ qurumları tərəfindən idarə olunan aktivləri dondurulub. Açıqlamanı ABŞ Xəzinədarlıq Departamenti yayıb.

«Zarif İranın Ali liderinin avantürist siyasətini gerçəkləşdirir, rejimin dünyadakı əsas sözçüsüdür. Birləşmiş Ştatlar İrana aydın mesaj göndərir ki, belə bir davranış tamamilə qəbuledilmədir», – Maliyyə naziri Steven Mnuchin deyib.

Steven Mnuchin
Steven Mnuchin

Zarif İrandan kənarda aktivi olmadığını deyir

Zarif İranın nüvə sənayesi ilə bağlı Birləşmiş Ştatlar və digər ölkələrlə yaşadığı gərginliyi azaltmaq cəhdlərinin mərkəzində dayanır. Vaşinqton İranın gizli nüvə silahı hazırladığını iddia edir.

Vaşinqton həm də Zarifin səyahət qabiliyyətini məhdudlaşdıracaq. Ancaq qadağalara baxmayaraq, onun BMT-nin Nyu York ofisinə gedə biləcəyi gözlənilir.

Zarif tvitində yazıb ki, Birləşmiş Ştatları onu siyasətinə təhdid kimi gördüyü üçün sanksiya siyahısına salıb.

“ABŞ məni hədəfə almasının səbəbi kimi mənim dünyada İranın əsas sözçüsü olmağımı göstərir”, – Zarif yazıb.

Ali Khamenei (sağda) və Mohammad Javad Zarif (ortada)
Ali Khamenei (sağda) və Mohammad Javad Zarif (ortada)

O daha sonra sanksiyaların “özünə və ailəsinə təsir göstərməyəcəyini” yazıb, çünki İrandan kənarda hansısa mülkiyyəti, yaxud marağı olmadığını vurğulayıb.

ABŞ ötən ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxaraq sanksiyaları bərpa edib. Bundan sonra İran valyutası çökməyə başlayıb, ölkədə inflyasiya yüksəlib.

Sazişi imzalamış Fransa, Almaniya və Britaniya onu xilas etməyə çalışır, bundan ötrü mürəkkəb bir maliyyə barteri sistemi təklif edib.

İran isə daha bu sazişə əməl etməyə borclu olmadığını deyir və iyulun 1-də sazişin icazə verdiyindən artıq az zənginləşdirilmiş uran ehtiyatı yığdığını açıqlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG