Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 14:53

İran milli valyutadan sıfırları silir


Rial və dollar

İran hökuməti milli valyuta olan rialdan dörd sıfırı silmək planını təsdiqləyib. Bu, ölkənin yüksək inflyasiya ilə mübarizə apardığı bir dönəmdə həyata keçirilir.

Açıqlamana iyulun 31-də hökumətin iclasında hökumətin sözçüsü Ali Rabiei verib.

İndi planı parlament və Ekspertlər Şurası təsdiqləməlidir.

İran valyutasının re-denominasiyası illərdi müzakirə olunurdu, çünki milli valyuta dəyərdən düşürdü.

Beynəlxalq Valyuta Fondu (BVF) apreldə bildirib ki, bu il İran iqtisadiyyatının 6 faiz azalacağını, inflyasiyanın 40 faizə çatacağını gözləyir.

Birləşmiş Ştatlar ötən ilin mayında Tehranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişindən çıxıb, İrana sanksiyaları bərpa edib. Bundan sonra rial daha da dəyərsizləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG