Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:55

Qara dənizdə zibil Aralıq dənizindən ‘iki dəfə çoxdur’


Qara dəniz sahilində çimərlik
Qara dəniz sahilində çimərlik

Qara Dənizdə Aralıq dənizindən iki dəfəyədək artıq zibil var. Bu haqda Avropa Birliyinin Ukraynadakı nümayəndəliyinin iyulun 30-da yaydığı media açıqlamasında deyilir.

2017-ci ildən Gürcüstan, Ukrayna, Rusiya və açıq dənizdə sorğular keçirilib. AB bu sorğulara əsasən bildirir ki, dənizdəki zibilin 83 faizi plastikdir, “əsasən də butulkalar, konfet kağızları, torbalardır”.

Ukraynanın böyük çayları dənizə saatda 6-dan 50-dək zibil aparır.

Beləliklə də, Qara dənizin hər kvadrat kilometrində 90,5 zibil tullantısının olduğu bildirilir. Müqayisə üçün, Aralıq dənizinin hər kvadrat kilometrinə 50 zibil tullantısı düşür.

Bundan başqa, sorğular göstərib ki, “bəzi tullantıların konsentrasiyası onların zəhərlilik səviyyəsini aşır”.

Ukrayna, Krım sahilləri
Ukrayna, Krım sahilləri

Kimyəvi maddələr, parazit növlər

Dənizdə aşkarlanan bəzi kimyəvi maddələrin dəniz və insan həyatına təhlükəli olduğu bildirilir.

AB Qara dənizdə bütün delfin növlərinin məskunlaşma səviyyəsinin “nisbətən aşağı” olduğunu vurğulayır. Delfinlər ən çox Dunay çayı deltasında və Zmiynyi adasında aşkarlanıb.

Bundan başqa parazit növlərin sayı artmaqdadır. Onların içində Qərbi Afrika cərrahı adlı tropik balığı, qırmızı barrakuda, Mozambik xulbalığı var.

AB müsbət məqamlardan danışır. Belə ki, dünyanın ən böyük qırmızı yosun zonası – Zernov Fillifora Zonası yaxşılaşıb, “zəif”dən “orta”ya yüksəlib.

Bundan başqa, nəslinin kəsildiyi düşünülən Avropa nərəsi Qara dənizdə bir neçə növdə tapılıb.

“Bu nəticələr Qara dənizin statusunun yaxşılaşmasına, eləcə də dəniz ekosisteminə mövcud risklər və təhdidlərin qlobal dərkinə töhfəsini verməlidir”, – AB-nin layihə rəhbəri Jaroslav Slobodnik deyib.

AB-nin Qara dənizin monitorinqi layihəsi 2020-ci ilədək davam edəcək, büdcəsi 1,6 milyon avrodur.

XS
SM
MD
LG