Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 11:35

Azərbaycan və İrlandiya çempionları qarşılaşır


UEFA Çempionlar Liqası Kuboku

Bu gün, avqustun 31-də futbol üzrə Azərbaycan çempionu «Qarabağ» UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsində İrlandiyanın «Dandolk» komandası ilə qarşılaşacaq.

Bakıda «Dalğa Arena»da keçiriləcək «Qarabağ» – «Dandolk» matçı saat 21:00-da başlayacaq.

Bir həftə öncə səfərdə keçirilən oyundan «Qarabağ» 1:1 hesablı bərabərliklə ayrılmışdı. Hesabda birinci hissədə önə keçən Azərbaycan çempionu üstünlüyünü axira kimi qoruya bilməmişdi.

İyulun 30-da, oyunöncəsi keçirdiyi mətbuat konfransında da «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov deyib ki, mühüm oyuna hazırlaşırlar: «Cavab matçında daha diqqətli olmalıyıq. Hər iki komanda qələbəyə iddialıdır. Oyun nə qədər çətin olsa da, hamı üçün maraqlı olacaq. Çalışacağıq ki, uğurlu nəticə əldə edək».

«Dandolk» klubunun baş məşqçisi Vinni Pert də deyib ki, bu oyun çox vacibdir: «Penaltilərə hazırıq. Bundan öncəki mərhələdə penalti seriyasında qələbə qazanmışıq, bu baxımdan bizdə təcrübə var».

«Dandolk» birinci təsnifat mərhələsində Latviyanın «Riqa», «Qarabağ» isə Albaniyanın «Partizani» klubunu mübarizədən kənarlaşdırıb.

Azərbaycan çempionu «Qarabağ» II və III təsnifat mərhələlərini də adlaya bilsə, UEFA Çempionlar Liqasının qruplarında mübarizə aparacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG