Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:36

Şimali Koreya yenə raket sınaqdan keçirib


Şimali Koreyanın raket sınağı, 25 iyul, 2019-cu il

İyulun 31-də Şimali Koreya iki yaxınmənzilli ballistik raket atıb.

Cənubi Koreya ordusu hər iki raketin maksimum 30 kilometr yüksəklikdə 250 kilometrədək məsafə qət etdiyini bildirir.

Şimali Koreya iyulun 25-də də raket sınaqdan keçirmişdi. Ölkə lideri Kim Jong Un isə ABŞ Prezidenti Donald Trump ilə iyunun sonunda görüşmüş, nüvə tərksilahı üzrə danışıqları canlandırmağa razılaşmışdılar.

“Şimali Koreyanın dəfələrlə raket buraxması Koreya yarımadasında gərginliyin azaldılmasına kömək etmir və biz bu cür davranışı dayandırmağa çağırırıq”, – Cənubi Koreya ordusunun baş qərargahı bəyanatında bildirib.

Bundan öncə Pxenyan Birləşmiş Ştatlarla Cənubi Koreyanın birgə hərbi təlimlərindən narazılığını bildirmişdi. Növbəti təlim yayın sonuna planlaşdırılır. Şimali Koreya bu təlimləri işğal məşqi hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG