Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

İşgəncə videoları yayılandan sonra saxlanıblar


Qazaxıstanda həbsxana
Qazaxıstanda həbsxana

Qazaxıstanın cənubunda həbsxana rəisi və dörd nəzarətçi saxlanıb. Bundan öncə isə həmin həbsxanada bir dustağa işgəncə verildiyini göstərən video internetdə yayılıb.

Daxili işlər naziri Erlan Turghymbaev iyulun 30-da jurnalistlərə deyib ki, insidentdən dolayı daha yeddi nəfər işdən çıxarılıb. Hadisə Almatı yaxınlığındakı Zareçni şəhərində LA155/8 təcridxanasında baş verib.

“Dünən bu koloniyanın beş əməkdaşı saxlanıb, onlara qarşı iki cinayət işi açılıb. İstintaqın birini Daxili Təhlükəsizlik Departamenti, digərini Xüsusi Prokurorluq aparır. Saxlananlardan biri rəis müavinidir”, – deyən Turghymbaev daha yeddi həbsxana əməkdaşına rəsmi töhmət verildiyini sözlərinə əlavə edib.

Erlan Turghymbaev
Erlan Turghymbaev

Turghymbaev saxlananlara qarşı hansı ittihamların irəli sürüldüyünü açıqlamayıb.

Son günlər internetdə yayılan, gizli kamerayla çəkildiyi görünən videolarda həbsxana nəzarətçilərinin dustaqları döydüyü, onlara işgəncə verdiyi görünür.

Yerli və beynəlxalq insan haqları fəalları illərdir Qazaxıstanın penitensiar sistemindəki durumu kəskin tənqid edir.

Ötən avqustda bir neçə həbsxana əməkdaşı AK-159/6 koloniyasında bir məhbusa işgəncə verərək öldürmək ittihamıyla uzunmüddətli həbsə məhkum olunublar.

Son illər ölkə həbsxanalarında bəzi dustaqlar saxlanma şəraitinə etiraz ediblər, diqqəti çəkməkdən ötrü özlərinə xəsarət yetiriblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG