Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:11

Sibirin cənubunda fövqəladə vəziyyətdir


Sibirdə meşə yanğını

Rusiya Krasnoyarsk diyarı və İrkutsk regionunda meşə yanğınlarından dolayı fövqəladə vəziyyət elan edib. Yanğın Avropa Birliyinin ərazisindən də böyük məkanı əhatələyir.

Əsasən Sibirdə, Arktikanın bəzi hissələrində 3 milyon hektaradək ərazi yanır və yanğın Uzaq Şərqə yayılmaqdadır. Məlumatı “The Siberian Times” yayıb.

Fövqəladə vəziyyət Krasnodar diyarı, Buryatiya Respublikasının bir hissəsinə də aiddir.

Bundan öncə İrkutsk regionunda daşqınlar səbəbindən mindən çox adam köçürülüb. Uzaq Şərdə Amur regionunda daşqınlar isə 2 minədək adamın köçürülməsinə səbəb olub.

Daşqına görə Sibirdə federal magistral yolun müvəqqəti bağlandığı xəbər verilir.

İyunun sonundan başlanan daşqınlarda 25 nəfər həlak olub, 7 nəfər itkin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG