Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:46

Kocharian-ı azadlığa buraxmış hakimin özünü araşdıracaqlar


Robert Kocharian Apellyasiya Məhkəməsində, 24 iyul, 2019-cu il
Robert Kocharian Apellyasiya Məhkəməsində, 24 iyul, 2019-cu il

Ermənistanın Ali Məhkəmə Şurası keçmiş prezident Robert Kocharian-ın məhkəməsini aparmış, onu mayda girovla azadlığa buraxmış hakim barədə təhqiqat aparmağa icazə verib.

Baş Prokurorluq hakim David Grigorian barədə vəsatət qaldırmışdı. Şura təhqiqat müddətində hakimin səlahiyyətinə xitam verib. Qərar iyulun 27-də dərc olunub.

Şuranın üzvü Hayk Hovannisian AzadlıqRadiosu-nun erməni xidmətinə deyib ki, prokurorlar üç maddə üzrə təhqiqat aparılmasına icazə istəmişdilər, ancaq onların ikisinə icazə verilib.

İşin detalları açıqlanmayıb.

David Grigorian
David Grigorian

Grigorian “şübhələnmişdi”

Baş Prokurorluq daha öncə deyirdi ki, hakimə qarşı hərəkətlər Kocharian-ın məhkəməsinə bağlı deyil.

Bu yaxınlarda Grigorian-ın ofisində Xüsusi İstintaq Xidməti tərəfindən axtarış aparılmışdı. Rəsmi məlumatda deyilirdi ki, müstəntiqlər “fevralda bir vətəndaşın haqqında məlumat verdiyi başqa bir iş”lə bağlı rəsmi saxtakarlığa dəlil axtarıblar.

Mayın 18-də Grigorian məhkəmənin nəticəsi çıxanadək Kocharian-ın həbsdən buraxılmasına qərar verib və bu, ölkədə qalmaqal yaradıb.

Hakim daha sonra məhkəmə prosesini də ertələyib, keçmiş prezidentə çevriliş ittihamlarının qanuniliyini sual altına alıb, işi Konstitusiya Məhkəməsinə göndərib.

Prokurorlar hər iki qərardan apelyasiya şikayəti veriblər. Baş nazir Nikol Pashinian-ım siyasi müttəfiqləri və tərəfdarları bu qərarları pisləyib. Ermənistanın Apellyasiya Məhkəməsi isə iyunun 25-də onları ləğv edib və Kocharian yenidən həbs olunub.

Grigorian isə bundan öncə ofisində aparılmış axtarışın Kocharian işilə əlaqəli olmasından “şübhələndiyini” dilə gətirmişdi.

Kocharian tərəfdarları və indiki hökumətin digər tənqidçilərinin fikrincə, hüquq-mühafizə agentlikləri ədliyyə sisteminə təzyiq göstərir, onun müstəqilliyinə zərbə vurur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG