Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 07:27

Kabildə azı 20 nəfər öldürülüb


Ashraf Ghani (solda), Amrullah Saleh (ortada), arxiv fotosu

Kabildə prezident seçkisində indiki Prezident Ashraf Ghani-nin kampaniya üzvü Amrullah Saleh-in ofisində atışmadan sonra bomba partladılıb, azı 20 nəfər həlak olub. Daha 50 nəfər isə yaralanıb.

Hadisə sentyabrın 28-də keçiriləcək prezident seçkisi kampaniyasının birinci günündə baş verib.

Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi deyib ki, özəl Ghalib Universiteti yaxınlığındakı yolda törədilən partlayışda iki nəfər həlak olub, azı 25 dinc sakin yaralanıb. Rahimi-nin AzadlıqRadiosu-na (RFE/RL) bildirməsinə görə, silahlılar Saleh-in ofisinin yerləşdiyi dördmərtəbəli binaya basqın ediblər.

Təhlükəsizlik qüvvələri ilə altı saat çəkən atışma zamanı binada partlayış səsləri eşidilib.

Rahimi hücum edənlərdən azı 3-nün öldürüldüyünü, 40-dək dinc sakinin binadan xilas edildiyini deyib. Qəlpə yarası almış Saleh isə binadan çıxarılıb.

Prezident Ghani Twitter-də yazıb ki, onun seçki komandasından birinci vitse-prezidentliyə namizəd Amrullah Saleh “dövlətin düşmənlərinin mürəkkəb hücumundan salamat çıxıb”.

Saleh Taliban və digər islamçı yaraqlı qqrupların açıq tənqidçisidir.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb.

Prezident seçkisinə Ghani-dən başqa 17 namizəd də gedir. Ghani ikinci müddətə prezident seçilmək uğrunda mübarizə aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG