Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 05:47

Prezident gənc kadrlar axtarır - Sərəncam


İ.Əliyev

Prezident İlham Əliyev bu gün, iyulun 26-da «Yüksəliş» müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri yüksək olan rəhbər şəxslərin müəyyənləşməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə «Yüksəliş» müsabiqəsi təsis edilir.

Müsabiqənin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

Sərəncama əsasən, Təşkilat Komitəsinin sədri Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva olacaq.

Təşkilat Komitəsinə habelə, bəzi nazirlər, birinci vitse-prezidentin köməkçisi, deputat və başqaları daxildir.

Müsabiqə üzrə cari işlərin həyata keçirilməsindən ötrü Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG