Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 22:46

İran gəmisi batıb, heyət xilas edilib


Yük gəmisi (Foto arxiv)

Bu gün, iyulun 26-da İran bayrağı altında üzən «Şəbahəng» quru-yük gəmisi Lənkəran (Azərbaycan) reydində sahildən 15 mil məsafədə batıb.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumatda bildirilir.

DSX qeyd edir ki, həmin gəminin batmaq təhlükəsi ilə üzləşməsi haqqında onlara məlumat daxil olan kimi, cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən «Tufan» tipli sərhəd gözətçi gəmisi hadisə yerinə göndərilib: «Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib. Gəmi heyəti xilas edildikdən sonra - saat 16:22-də gəmi batıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG