Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 06:26

Rütubətli hava gözlənir


Yağış

İyulun 27-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz onun şimal-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 22-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti proqnozlaşdırılır.

İyulun 27-də Azərbaycanın əksər rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-18, gündüz 22-27 dərəcə isti təxmin edilir.

İyulun 27-si və 28-də Abşeron yarımadasında zəif şərq istiqamətli küləklərin üstünlük təşkil edəcəyi, havada rütubətin bir qədər çox olacağı proqnozlaşdırılır. Bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG