Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 00:33

Yeni ictimai çimərliklər yaradılır


Lənkərandakı qadın çimərliyi: 'Kişilər bura niyə keçir axı?'
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Lənkərandakı qadın çimərliyi: 'Kişilər bura niyə keçir axı?'

Bakı şəhərinin bir sıra dənizkənarı ərazilərində yeni ictimai çimərliklərin yaradılması işlərinə başlanıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər.

Paytaxt rəhbərliyindən verilən məlumata görə, bu addımın atılması vətəndaşlardan daxil olan müraciətlərlə bağlıdır.

İcra hakimiyyətindən qeyd ediblər ki, bu çimərliklərin ilkin mərhələdə Səbail rayonu və Novxanı qəsəbəsində fəaliyyətə başlaması gözlənir. Onlar yaxın günlərdə fəaliyyətə başlamalıdırlar.

«Bu çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən ora nəzarət ediləcək», - icra hakimiyyətindən vurğulayıblar.

Xatırlatma

Bakı şəhərində və Xəzər dənizinin Azərbaycana aid sahillərindəki bir sıra çimərliklərdə suyun normalara cavab vermədiyi bildirilir. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu il keçirdiyi monitorinqlərdə bildirilib.

Üstəlik, vətəndaşlar tez-tez də bir çox çimərliklərdə girişin pullu olmasından şikayətlənirlər. Hərçənd, rəsmi qurumların özləri çimərliklərdə girişin pullu olmasını qanunsuz sayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG