Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 12:45

Qəzetlərə 1 milyon manat ayrıldı


İ.Əliyev

Prezident İlham Əliyev bu gün, iyulun 22-də Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb. Bu, qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə izah edilir.

Sərəncamla Azərbaycan nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılıb.

Son illər KİVDF xətti ilə əksər qəzetlərə daimi maddi yardımlar edilib. Bu ildən isə tirajı az, gündəlik nəşr edilməyən bəzi qəzetlərə bu yardım dayandırılıb.

Bəzi media ekspertləri isə düşünür ki, bu yardımlar qəzetləri hökumətdən asılı vəziyyətə salır. Onların fikrincə, bundansa hökumət ölkə iqtisadiyyatının liberal qaydada inkişafına və rəqabətli mühitin yaradılmasına töhfə verməlidir.

Bu gün, iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi Bakıda «Əkinçi» qəzetini nəşr etdirib. Həmin gün milli mətbuatın əsasının qoyulduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG