Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

İnzibati-İqtisad Məhkəmələri ləğv edilib, əvəzində...


Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəmələri ləğv edilib. Habelə, Gəncə, Sumqayıt, Şirvan və Şəki İnzibati-İqtisadi məhkəmələri ilə də bağlı eyni proses baş verib.

Bu prezident İlham Əliyevin İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Qanununda dəyişiklik edilməsi barədə” Qanununun tətbiqi haqqında sərəncamında öz əksini tapıb. Həmin qanun bu il iyulun 9-da qəbul edilmişdi.

Sərəncama əsasən, bir sıra inzibati məhkəmələr təşkil edilir.

Bura Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və

Bakı İnzibati Məhkəməsi daxildir. Habelə, Gəncə, Sumqayıt, Şirvan və Şəki İnzibati məhkəmələri də yaradılır.

Sərəncamla eyni zamanda, kommersiya məhkəmələri də təşkil edilir.

Söhbət Naxçıvan Muxtar Respublikası, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Kommersiya məhkəmələrinin yaradılmasından gedir.

Xatırlatma

Aprelin 3-də prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalamışdı.

Həmin sənəddə sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin baxılmasını təmin etmək məqsədilə ixtisaslaşmış məhkəmənin yaradılması əks olunurdu.

XS
SM
MD
LG