Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 16:00

40 manat cərimələnmək istəmirsinizsə...


Yol polisi

«Bakı 2019» - XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağasının qüvvəyə minməsinə saatlar qalıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, qadağa iyulun 20-si gecə saat 00:00-da başlayacaq və 28-i gecə 24:00-dək davam edəcək. Onun sözlərinə görə, bu müddətdə yollardakı sarı zolaqlarda yalnız xüsusi nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək: «Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkəti avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yaradacaq. Bu zolaqlar üzərində hərəkətin qadağan olduğunu bildirən yol nişanları da qoyulub. Bununla bağlı yetərincə təbliğat aparılıb. Burada söhbət sürücülərin cərimələnməsindən getmir. Biz bununla «Bakı 2019» Avropa Gənclər Yay Olimpiya Festivalının mahiyyətini sürücülərə çatdırmaq istəyirik».

Bununla bağlı cərimənin məbləği isə 40 manatdır.

Dövlət Yol Polisi İdarəsindən avtomobil sahiblərinə tövsiyə edilib ki, yarışların keçirildiyi müddətdə süni tıxaclara və yollarda sıxlığa yol verilməməsindən ötrü ictimai nəqliyyatdan istifadə etsinlər.

Xatırlatma

«Bakı 2019» XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-dən 28-nə kimi Bakıda keçiriləcək.

Bu yarışlar çərçivəsində Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndənin gəlməsi gözlənir. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar.

Bu Festival 14-18 yaş arası gənc Avropa atletlərindən ötrü çoxnövlü tədbirdir. Birinci Festival 1991-ci ildə Belçika paytaxtı Brüsseldə keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG