Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:14

Müdafiə nazirinin İran səfiri ilə danışdıqları


Müdafiə Nazirliyi

İyulun 18-də Azərbaycan müdafiə naziri Zakir Həsənov İran İslam Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını bildirərək hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. Diplomat isə, öz növbəsində, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişafının regional təhlükəsizliyin təminatında vacib amil olduğunu qeyd edib.

«Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, eləcə də regional problemlər müzakirə olunub», - nazirlik bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG